Sionizmə qarşı bir qrup ravvin sionist İsrail rejiminin Nyu-Yorkdakı konsulluğu qarşısına toplaşaraq bu rejimin İbrahim dinlərinin müqəddəs məkanlarını dağıtması və işğal olunmuş Fələstində qəsəbə salma prosesini davam etdirməsini pisləyiblər.
Aksiyaçılar sionist rejimin məhvinin zəruriliyinə dair şüarlar verərək sionistlərin hərəkətlərinin yəhudi dini təlimləri ilə ziddiyyət təşkil etdiyini vurğulayıblar.
Ravvin Vays Nyu-Yorkda İRİB-ə verdiyi müsahibədə deyib: Sionizm yəhudiliklə tamamilə fərqlidir və bir-birlərinə qarşıdırlar. Çünki yəhudilik səmavi dindir. Lakin sionizm siyasi partiya və sionist rejim yəhudiliyə açıq aşkar hörmətsizlikdir.
İsrail rejiminin cinayətlərinə qarşı plakatlar daşıyan aksiyaçılar BMT və digər beynəlxalq qurumlardan bu rejimin Fələstin xalqına, müsəlman, qeyri-müsəlmana qarşı törətdiyi faciələrə reaksiya vermələrini istəyiblər.