Salehi: Dinlərlə, xüsusilə İslamla qarşılaşmaq Qərbin yeni planıdır

İranın xarici işlər naziri deyib: İmperialist quruluşun yumşaq güc strateji proqramı dinlər, xüsusilə də İslamla qarşılaşmaqdır.

Əli Əkbər Salehi bu gün Tehranda keçirilən “Peyğəmbəri-Əzəm- Həzrəti Məhəmməd(s.ə.s)-in yolu və yumşaq diplomatiya” beynəlxalq konfransında çıxış edərək, Qərbin islam ümmətinə qarşı hazırkı məkrli planlarına toxunub və deyib: Hazırda vaxtı çatıb ki, müsəlmanlar belə fitnələr qarşısında sayıq olmaqla diplomatiyanın yumşaq vasitəsindən istifadə etsinlər.

Salehi deyib: İslam dini İslam İnqilabı ilə canlandı və İslam Respublikası ötən 34 il ərzində bir örnək kimi özünü sübuta yetirdi. İslami Oyanış da onun göstəricilərindən biridir.

↑
Mobil sürümden çık