AsyaDünyaXƏBƏRLƏR

Əfqanıstan xalqı seçkilərdə möhtəşəm iştirak edir

Əldə olunan məlumatlara görə, Əfqanıstan xalqı Talibanın hədələrinə baxmayaraq seçki məntəqələrinə axışmaqdadır.

Əfqanıstan vətəndaşları şənbə günü Kabildə səsvermə məntəqələrinə müraciət edərək bu ölkənin prezident seçkilərinin ikinci turunda səs veriblər.

Xəbər mənbələrinin bildirdiyinə əsasən, Əfqanıstanın digər vilayətləri, o cümlədən Hərat, Qəzney, Qəndəhar, Helmənd, Badqeys, Faryab və bir çox digər vilayətdə vətəndaşların səsvermədə iştirakı diqqəti cəlb etmişdir.

Əfqanıstan prezidenti, bu ölkənin Nazirlər Kabineti, həmçinin prezidentliyin iki namizədi Abdulla Abdulla və Əşrəf Qəni Əhmədzi prezident seçkilərinin 2-ci turunun ilk saatlarında səsvermədə iştirak ediblər.

Əfqanıstan prezident seçkilərinin 2-ci turu şənbə günü səhər saatlarından başlayıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu