Salehi: İran və AEBA anlaşma sənədi tənzimləyirlər

İranın Atom Enerjisi Təşkilatının sədri təmsil etdiyi təşkilatın və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ekspertlərinin anlaşma sənədini tənzimləmək haqda fikir mübadilələri apardıqlarından xəbər verib.

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bu gün bazar ertəsi günü Tehranda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşdən öncə deyib: İranla MAQATE arasındakı müqavilələr davam edir və İran İslam Respublikası ötən on ildə MAQATE-nin Nəzarət Sistemlərinə xüsusi formada öhdəlikli olduğunu göstəribdir.
Salehi deyib: İran İslam Respublikası həmişə NPT-nin tam və mükəmməl şəkildə icra edilməsini istəyir.

↑
Mobil sürümden çık