İran Atom Enerjisi təşkilatının sədri İranla “Altılar” qrupu arasında nüvə müzakirələrinin gələcəyinə və müzakirələrdə “uduş-uduş” nəticəsinin əldə olunacağına nikbinlik ifadə edib.
İran Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi jurnalistlərə müsahibəsində İranla 5+1 qrupunun nüvə müzakirələrinin gələcəyi barəsində deyib: İranın regionda ilk qüdrət hesab olunduğuna görə, İranla “Altılıq” qrupu arasında növbəti nüvə müzakirələrində uduş-uduş nəticəsi və müştərək mövqelərin əldə olunması gözləntidən uzaq deyildir.
Suriyanın son proseslərinə münasibət bildirən təşkilat sədri əlavə edib: Bu ölkənin gələcəyi xalqının əlindədir və Suriya xalqı da düşmən və bədxahların onların müqəddəratını təyin etməyə heç vaxt icazə verməyəcək.
Suriya barəsində ABŞ-ın öz mövqelərindən geri çəkilməsinin səbəblərinə toxunan Salehi bildirib: ABŞ əgər Suriyaya hücum edərsə, regionu yetərincə tanımadığına görə, müxtəlif problemlər və naməlum gələcəklə üzləşəcəkdir. Buna görə Vaşinqton bu hücumdan çəkinərək məntiqli yolu seçdi.