İranXƏBƏRLƏR

Vilayəti: İranın nüvə məsələsi həll olunasıdır

İran prezident seçkilərinə namizədlərin biri bu ölkənin nüvə məsələsini həll olunası adlandırıb.

Əli Əkbər Vilayəti bazar günü gecə İran İslam Respublikasının 2-ci telekanalındakı ilk seçki proqramında onun ehtimal olunan dövlətinin İranın altılar qrupu ilə nüvə müzakirələri ilə bağlı proqramı haqda deyib: İranın nüvə məsələsi həll olunasıdır və nüvə zənginləşdirməsini davam etdirmək və İranın nüvə enerjisi sahəsindəki hüququnu qorumaqla yavaş-yavaş sanksiyaları azaltmaq olar.
Vİlayəti İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə başçılıq etdiyi 16 illik keçmişinə işarə edərək, əlavə edib: Xarici əlaqələri yenidən nəzərdən keçirib, onu yenidən qurmaqla ölkəyə qarşı valyuta sanksiyalarını azaltmaq olar.
İran prezident seçkilərinə bu namizəd “İpək yolu”nun bərpasını da özünün digər proqramlarından adlandırıb və belə deyib: İran geosiyasi vəziyyətinə görə, əla mövqeyə malikdir və nəqliyyat sahəsində tranzit məkanı ola bilər.
Vilayəti habelə İranın iqtisadi problemlərinin həlli istiqamətində özünün qısa müddətli layihəsindən xəbər verib və deyib: Hər 100 gündən bir dövlətin fəaliyyəti barədə xalqa hesabat vermək niyyətindəyəm və iqtisadi problemlərə əsasən, ilk 100 gün son dərəcə təyinedici olacaq. O, qanunçuluğu bir dövlətin legitimliyinin əsası və prinsipi adlandırıb və bildirib ki, əgər bir dövlət qanun əsasında rəftar etməzsə, xalqın etimadını itirəcəkdir.
İran prezident seçkilərinə bu namizəd özünün ehtimal olunan dövlətinin üzvlərini mömin, təcrübəli, orta təmayüllü və məşvərət qəbul edən kimi təqdim edərək vurğulayıb ki, inkişaf üçün bir ölkənin əsas sərmayəsi, faydalı insan qüvvəsidir.
İranda 11-ci prezident və şəhər və kəndlər üzrə 4-cü islam şuraları seçkiləri iyun ayının 14-də eyni zamanda bütün ölkədə keçiriləcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu