İranXƏBƏRLƏR

Böyük Rəhbər: Namizədlərin sözləri həqiqi və sədaqətli olmalıdır

İslam İnqilabının Böyük Rəhbəri buyurublar: Namizədlərin sözləri həqiqi, səmimi və düzgün və sədaqətli məlumatlara söykənməlidir.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün səhər İslam Şurası Məclisinin sədri, rəyasət heyəti və millət vəkillərini qəbul ediblər.

Prezident namizədlərinə tövsiyələr edən Böyük Rəhbər buyurublar: Prezident seçkisi namizədləri yalnız həqiqəti xalqa söyləməlidirlər, həm ölkənin vəziyyəti, həm də özləri barəsindəki həqiqətləri.

Həzrət Ayətullahülüzma Xamenei islam quruluşunun ictimai dəstəyini ölkə, quruluş və xalqın özünün izzət və bərəkət mənbəyi adlandıraraq bildiriblər: Seçkilər xalqın iştirakının təzahürüdür.

İranda səlahiyyətləri rədd olunan namizədlər tərəfindən qanuna arxalanmağı qanunun əhəmiyyəti və üstünlüyünün göstəricisi adlandıran Böyük Rəhbər əlavə ediblər: Mümkündür ki, biz qanundan da narazı olaq. Lakin qanun qarşısındakı təmkinimiz qanunun həll olunmasına səbəb olur.

Prezident seçkiləri namizədlərinin müəyyənləşməsində xalqın sayıqlığı və bəsirəti Həzrət Ayətullahülüzma Xamenei tərəfindən vurğulanan digər bir məsələ olmuşdur.

“Siyasi məsələlər, dünyanın orta səviyyəsi, həmçinin xalqın müəyyənləşdirməsi üçün Teleradionun seçki proqramları hazılamasına zəminin yaranması ilə bağlı İran xalqının bəsirəti və sayıqlıq səviyyəsinin yuxarı olması seçki namizədləri arasında nəticənin əldə olunması və müəyyənləşməsinə yüksək imkan yaradıb” –deyə Böyük Rəhbər söyləyiblər.

Seçki ilə bağlı Böyük Rəhbərin rəyi və fikri barəsində əcnəbi mediaların təbliğatına toxunan Həzrət Ayətullahülüzma Xamenei bildiriblər: Düşmənlər özlərinin müəyyənləşmiş məqsədlərinə əsasən bu təbliğatı öz gündəmlərinə salıblar. Lakin islam quruluşu bu təbliğata etina etmədən və öz müəyyən məqsədi, yolu və tədbirlərə əsasən öz işini yerinə yetirir.

İslam İnqilabının Böyük Rəhbəri sonda xatırladıblar: Rəhbərin də xalq kimi bir ədəddən çox səsi yoxdu

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu