Rusiya xarici işlər naziri bildirib ki, ölkəsinin Suriya barəsində qərblə kəskin fikir ayrılığı vardır.
Sergey Lavrov Rusiya 24 xəbər telekanalı ilə müsahibədə deyib: Rusiya və qərb Suriya toqquşmasının həll yolu barəsində çoxlu ixtilafa malikdir. Lakin beynəlxalq ictimaiyyətin yekun məqsədi onun həllidir.
Lavrov Səkkizlər qrupunun dövlət başçılarının konfransının nəticələri barəsində deyib: Biz Suriyada məqsədlərimizi əldə etmək istiqamətində həll yolları barəsində çoxlu ixtilafa malikik.
Lavrovun sözlərinə görə, Suriyada ərazi bütövlüyü, hakimiyyət, çox millətlilik, dini və məzhəbi qorumaq və azlıqların hüquqlarına zəmanət vermək barəsində müştərək anlaşma vardır.
Rus nazir sonda deyib: Suriya rəhbərliyi Səkkizlər qrupunun konfransının tövsiyələri ilə razılaşdığını bildirib və danışıqlar yolu ilə Suriya böhranına son qoyulması barəsində Cenevrədə keçiriləcək 2-ci konfransda iştirak üçün hazırlığını elan edib.