Bir misirli rəsmi deyib: Ordu Müsəlman Qardaşları hərəkatına 48 saatlıq ultimatum veribdir ki, bu ölkədə barışıq prosesinə qoşulsun.
Belə bir halda, ordu eyni zamanda bu qrupa qarşı daha şiddətli üsullardan istifadə etmək barədə xəbərdarlıq edibdir.
Bu misirli məsul şəxs söyləyib: Biz heç bir addımda birinci olmayacağıq, lakin mütləq Müsəlman Qardaşlarının rəhbərləri və onun havadarları tərəfindən qara terrorizm və ya kobudluğa hər cür dəvətlə mübarizə edəcəyik.
O, eyni zamanda deyib: Biz kimə tabe olmaları və təmayüllərindən asılı olmayaraq, dinc üsullarla öz etirazlarını bəyan edən etirazçıları himayə barədə öhdəlik götürürük.
O, söyləyib ki, Müsəlman Qardaşları bu məsələyə cavab vermək üçün təkcə 48 saat(şənbə günü axşamadək) fürsətə malikdir.
Belə bir halda, Misir Silahlı Qüvvələrinə aid olan bir internet portalı bundan öncə bildirmişdi ki, ordu bu gün keçiriləcək aksiyadan sonra öz silahını kobudluq və terrorizmə qarşı qaldıracaqdır.
Belə bir halda, Misirin müdafiə naziri- Əbdulfəttah Əl-Sisi bu ölkə xalqını bu gün bu ölkənin müvəqqəti dövlətini himayə istiqamətindəki aksiyada iştiraka çağırıb.