Livan Hizbullahı baş katibinin müavini fitnəkarlar və sionist rejiminin Beyrutun cənubunda Ber əl-Əbd partlayışında məsuliyyət daşıdığını bildirib.
Şeyx Nəim Qasim Livanın əl-Nur radiosu ilə müsahibədə Livan Hizbullahının sionist İsrail rejiminin istənilən axmaqlığı ilə qarşılaşmağa hazır olduğunu bəyan edərək deyib: Seydada fitnəkarlıq canlı olaraq dəfn edildi və fitnəkarla və İsrail rejimi Beyrutun cənubundakı partlayışda məsuliyyət daşıyırlar.
Şeyx Qasim əlavə edib: Bölgəni bölmək üçün səylər sona çatmayıb və 2006-cı ildə bölgəni bölmək üçün səylər həyata keçirildi. Onun başlanğıcı Livan idi. Lakin bu məsələdən sonra onlar başqa yolları aradılar və hazırda Suriya yeni Yaxın Şərq planının icrası üçün hədəf seçilib. Bu bir növ yumşaq işğalçılıq hesab olunur və bu məqsədlə həyata keçirilir ki, region ABŞ və İsrailin istədiyi formada dəyişilsin.
Yaxın gələcəkdə sionist rejimin Livana qarşı müharibəsini proqnoz etməyən Şeyx Qasim söyləyib: Hizbullah İsrailin istənilən axmaqlığı ilə qarşılaşmağa hazırdır.