“Savalan” Çin sahillərində

İran İslam Respublikası ordusu Dəniz Qoşunları komandanının müavini bu qüvvələrin 24-cü hərbi gəmi bölməsinin Çinin “Jan Jyanq” dəniz limanına yan almasından xəbər verib.

İran ordusunun Dəniz Qoşunlarının İctimai Əlaqələr xidmətindən bildirilib ki, kontr-admiral Siyavuş Cərə deyib: İran ordusu Dəniz Qoşunlarının “Xark” helikopter daşıyan gəmisi və “Savalan” kreyserindən ibarət 24-cü hərbi dəniz bölməsi bu gün 13 min kilometr məsafə qət etdikdən və 40 gün dənizçilikdən sonra Jan Jyanq dəniz limanına yan alıb. Kontr-admiral Cərə əlavə edib: İran ordusunun Dəniz Qoşunlarının 24-cü hərbi dəniz bölməsi Çin sahillərinə yan almaqla bu ölkəyə sülh və dostluq müraciətini gətirmiş olub.

İran ordusu Dəniz Qoşunları komandanının müavini əlavə edib: Bu hərbi dəniz bölməsi bundan öncə strateji Malakka boğazından keçmişdi.
Kontr-admiral Cərə bu hərbi dəniz bölməsinin Malakka boğazından keçərkən ABŞ ordusu Dəniz Qoşunlarının DDG106 nömrəli kreyseri ilə üzləşdiyinə işarə edərək, deyib: Hava şəraitinin münasib olmamasına görə, İranın 24-cü hərbi dəniz bölməsinin bu boğazdan keçməsini və Sakit okeanın qərb sularında üzməsini təəccüblə qarşılayıb.
O əlavə edib: Sonda Amerikan gəmisi İran İslam Respublikası ordusu Dəniz Qoşunlarının kreyseri “Savalan”a yaxınlaşması üçün ondan icazə alıb.

Exit mobile version