Savalan esminesi Sakit okeanda

İran İslam Respublikası ordusu dəniz qüvvələri komandanı Həbibullah Səyyari keçirdiyi mətbuat konfransında ordunun 24-cü gəmi qrupunun Sakit okeanda olduğunu bildirib.

Səyyari əlavə edib: Xark vertolyot daşıyan gəmisi və Savalan esminesindən ibarət ordunun 24-cü gəmi qrupu sabaha qədər Malaka boğazından çıxacaq və Sakit okeana daxil olacaq.

Səyyari qeyd edib: Bu ilk dəfədir ki, Malaka boğazından çıxaraq Sakit okeana daxil oluruq.

“Bu gəmi qrupu sonra Çinin Janq Janq limanına yan alacaq” –deyə Səyyari bildirib.

Xarək vertolyot daşıyan gəmisi və Savalan esminesindən ibarət İran ordusunun 24-cü gəmi qrupu beynəlxalq sularda iştirakının davamında 35 gün ərzində 6 min km məsafəni qət etdikdən sonra ötən gün Hind okeanının şərqində Malaka boğazına daxil oldu.

İran gəmi qrupu birləşən xətlər və gəmiçilik xətlərinin təhlükəsizliyin təmin olunması, zabit və gənc kadrların təlimləndirilməsi məqsədilə bu səfərə başlamışdır.

Dəniz qüvvələri komandanı əlavə edib: Bu gəmi qrupu gələn günlərdə Malaka boğazından keçərək və ilk dəfə olaraq Şərqi Asiya ölkələri ilə dostluq münasibətlərini möhkəmləndirmək məqsədilə Sakit okeana daxil olacaq.

Malaka boğazı beynəlxalq ticarətdə iqtisadi qızıl üçbucağının biri sayılan Hind okeanının şimalında dünya səviyyəli strateji boğazdır və dünya və İran İslam Respublikası ticarət gəmilərinin Asiyanın cənub-şərqinə keçid yoludur. Hind okeanının şimalında Hörmüz boğazı və qərbində isə Babul-məndəb boğazı qızıl üçbucağın digər bucaqlarıdır.

Exit mobile version