Tehranın bu həftəki cümə namazının xətibi xalqın seçkilərdə şövqlə və məqsədyönlü iştirakının İran İslam Respublikası quruluşunun dünyadakı iqtidarının daha da möhkəmlənməsinə və inkişafına səbəb olacağını bildirib.
Ayətullah Məhəmməd İmami Kaşani bu gün Tehranın cümə namazı xütbələrində bu günü İran xalqı və İran İslam Respublikası quruluşu üçün önəmli və özünəməxsus bir gün adlandırıb və deyib: İran xalqının prezident və bələdiyyə seçkilərindəki geniş iştirakı İranın beynəlxalq arenadakı mövqeyinin daha da güclənməsinə səbəb olacaq.
Tehranın cümə namazı xətibi əlavə edib: İranda prezident seçkiləri nə qədər yüksək səviyyədə və xalqın əzəmətli iştirakı ilə keçirilərsə, İranın dünya xalqları yanındakı izzəti və hörməti bir o qədər yüksəlmiş olar. Xüsusilə bu məsələ İran İslam Respublikası xalqının izzətini düşmənlər və bədxahların yanında nümayiş etdirmiş olacaq.
Ayətullah İmami Kaşani İran xalqının seçki günündəki siyasi qəhrəmanlığını İran İslam Respublikası quruluşu üçün dəyərli sərmayə adlandırıb və ümidvarlıq edib ki, İranın izzəti və məsləhəti çərçivəsində ictimai, iqtisadi, siyasi sahələrdə ən bacarıqlı və ən qayğıkeş şəxs prezident olaraq seçilsin.
Tehranın cümə namazı xətibi həmçinin prezident seçkiləri namizədlərinə xitabən deyib: Heç kəs seçkilərin məğlub tərəfi olmayacaq. Çünki mühüm olan məsələ rəqabətlərin milli birliyə səbəb olmasıdır. Bu bütün namizədlər üçün ən böyük qələbədir.
Ayətullah İmami Kaşani prezident seçkiləri namizədlərinin tərəfdarlarına tövsiyə edib ki, tərəfdarı olduqları namizədlərin səs toplaya bilməməsindən narahat və məyus olmasınlar və başqalarına qarşı pozuculuq hərəkətləri həyata keçirməsinlər.
Tehranın cümə namazı xətibi həmçinin seçki qutularının diqqətlə qorunmasına və xalqın verdiyi səsin hifz olunmasında məsul şəxslərin ciddi davranmasına təkid edərək deyib: Seçicilər və namizədlərin hüquqları riayət olunmalıdır.