İran İslam İnqilabı Keşikçiləri Korpusu – Sepah-ın 5 üzvü İranın qərbində, Kürdüstan ostanının Banə şəhərində əksinqilabçı ünsürlərlə toqquşmada şəhid olub.
Banə sərhəd şəhərinin icra başçısı Məsud Mənsur deyib: Sepah-ın 5 üzvü cümə axşamı günü Banənin Savan məntəqəsində əksinqilabçılarla döyüşdə şəhid olub. Bu toqquşmada Sepah-ın 2 üzvü də yaralanıb.
Mənsuri bu toqquşmada şəhid olan 5 nəfərin hamısının Kürdüstan ostanı əhalisindən olduğunu bildirərək, yaralıların vəziyyətlərinin ağır olmasına görə, Sənəndəc şəhər xəstəxanasında yerləşdirildiyini deyib.

