AsyaXƏBƏRLƏR

Rusiya Mərkəzi Asiyada terrorizmlə mübarizə mərkəzi yaradır

“Rus Balt” informasiya-internet portalının məlumatına görə, Qırğızıstanın xarici işlər naziri- Ərlan Ədbüldayev Bişkekdə KTMT ölkələrinin təhlükəsizlik şuralarının birgə iclasının sonunda bildirib ki, FSB-nin təşəbbüsü ilə Mərkəzi Asiyada beynəlxalq ifratçı təmayüllər və terrorizmlə mübarizədə addımların ahəngdarlaşdırılması məqsədi ilə birgə informasiya mərkəzi yaradılacaq.

O, habelə xatırladıb ki, TŞ sədrlərinin razılığı ilə Rusiyanın Narkomaddələrlə Federal Mübarizə Xidmətinin nəzarəti altda KTMT-nin nüfuz dairəsində narkomaddələr qaçaqmalçılığı ilə mübarizə üçün daimi bir mexanizm yaradılacaq. Eyni zamanda, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistanın narkomaddələrlə mübarizə xidmətləri “Narkotik Maddələr Qaçaqmalçılığı ilə Mübarizə Şəbəkəsi” adı altında birgə layihə icra edirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu