İran İslam İnqilabı Keşikçiləri Korpusu- SEPAH-ın Dəniz Qoşunları komandanının əvəzedicisi deyib ki, bu qoşunlar Fars Körfəzi və Hörmüz boğazını tam şəkildə nəzarət altda saxlayırlar.
General-mayor Əlirza Təngsiri Fars xəbər agentliyi ilə müsahibədə əcnəbilərin Fars Körfəzi məntəqəsindəki iştirakına işarə edərək, əlavə edib: Əcnəbilər daxili sularda və hətta İran İslam Respublikasının nəzarəti altda olan sularda yoxdurlar.
Təngsiri İranın daxili sularını on iki mil elan edərək, deyib ki, bundan əlavə, on iki milədək olan sular İran İslam Respublikasının nəzarəti altındadır.
İran İslam İnqilabı Keşikçiləri Korpusu Dəniz Qoşunları komandanının əvəzedicisi həmçinin bu qüvvələrin nailiyyətlərinin onun manevrlərində təqdim olunmasına toxunub, SEPAH-ın dəniz qüvvələrində simulyator gəmilərin düzəldilməsindən xəbər verərək, bildirib ki, bu gəmilər indiyədək İranda və hətta Asiyanın cənub və qərb ölkələrində mövcud olmayıbdır.