Rusiyalı diplomatlar bu ölkənin xarici işlər naziri Sergey Lavrovun Brüssel iclasında iştirak edəcəyini təsdiqləyiblər.
İtartasın məlumatına görə, Rusiyanın xarici işlər naziri 2013-cü il 4 dekabr tarixində Brüsseldə keçiriləcək NATO alyansının iclasında iştirak edəcək.
Rusiyalı diplomatların qənaətincə , Brüssel iclasındakı iştirakçılar beynəxlalq vacib məsələləri o cümlədən Suriya və Əfqanıstan məsələlərini, eləcədə Rusiya-NATO münasibətlərini müzakirə edəcəklər.
NATO-ya üzv ölkələrin nazirləri habelə 2014-cü il İngiltərədə NATO dövlət başçılarının növbəti görüşünə hazırlıq işlərini diqqət mərkəzində qərar verəcəklər.