İraq Şam İslam Dövləti (IŞİD) adlı təşkilatın lideri Əbu Bəkir Bağdadinin qardaşının İraq təhlükəsizlik gücləri tərəfindən tutulduğu iddia edildi.
Əl-İhbariye xəbər agentliyinin bildirdiyinə görə İraq ordusu xüsusi qüvvələri, IŞİD lideri Əbu Bəkir Bağdadinin qardaşını Bağdadda təşkil etdiyi bir əməliyyatda ələ keçirdi.
Xəbərə görə adının açıqlanmasını istəməyən İraqlı bir təhlükəsizlik səlahiyyətlisi, təhlükəsizlik səbəbiylə Bağdadinin qardaşının ələ keçirildiyi yeri açıb bildirmədikləri; ancaq əməliyyatın vasvası bir kəşfiyyat çalışması nəticəsində edildiyini söylədi.
Xəbərdə, Əbu Bəkir Bağdadinin qardaşının çox sayda terrorist hərəkətə rəhbərlik etdiyi qarşıya qoyuldu.