DünyaLivanXƏBƏRLƏR

Seyid Həsən Nəsrullanın səhhəti ilə bağlı şayiələri rədd etdi

Livan Hizbullahı bəzi mediaların bu hərəkatın lideri Seyid Həsən Nəsrullanın xəstəliyi və onun xəstəxanaya köçürülməsi ilə bağlı xəbərləri təkzib edib.
Livan Hizbullahının mətbuat xidmətindən bildirilib ki, Hizbullahın baş katibi Seyid Həsən Nəsrullanın xəstəliyi ilə bağlı bəzi medialarda yer alan xəbərlər həqiqəti əks etdirmir və baş katibin səhhəti tamamilə yerindədir və o heç bir yerə köçürülməyib.
Dünən bəzi xəbər mənbələri o cümlədən Türkiyənin Anadolu xəbər agentliyi Seyid Həsən Nəsrullanın bir neçə gün öncədən səhhətinin ağırlaşdığını bildirərək, onun müalicə olunmaq üçün Tehrana köçürüldüyündən xəbər vermişdilər.
Bu xəbərin davamında Seyid Həsən Nəsrullanın səhhətinin yaxşı və hələ də İranda olduğu iddia edilmişdi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu