“Şeytanla yatmaq” kitabı təkfirçi terrorizmin yeni cəhətlərini ifşa edib

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməliyyat zabitlərindən olmuş Robert Bayerin Yaxın Şərqdə təkfirçi terrorizmin formalaşmasıilə bağlı kitabı qalmaqala səbəb olub.

Robert Bayerin müəllifi olduğu “Şeytanla Yatmaq” kitabında təkfirçi terrorizmin formalaşması barədə ifşaçılıqlara malikdir.
R.Bayer ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsində müxtəlif vəzifələrdə olub. O cümlədən 1983-cü ildə bu təşkilatın Livandakı komandasına rəhbərlik edib və Ber-əl-Əbd partlayışı zamanı əməliyyata başçılıq edib.
O, öz kitabında müqavimətin tanınmış komandanlarından olan şəhid İmad Müğniyənin təqibə alınması əməliyyatı barədə də yazıb.
Bayer Müğniyənin terror edilməsində uğursuzluğa uğramasının ardınca İraq işinin məsuliyyətini öz üzərinə götürür.
MKİ-nin sabiq zabiti Ərəbistan və ABŞ arasında təkfirçi terrorizmin yaradılması ilə bağlı əməkdaşlıqlara da işarə edir.
Bu kitab jurnalistlər arasında “Ağ Ev və Qara Qızıl” adı ilə də tanınır.

↑
Mobil sürümden çık