İfratçı təkfirilər tərəfindən faciəvi şəkildə qətlə yetirilən Şeyx Həsən Şəhatə Misirdə tanınmış şəxsdir. Şeyx Həsən haqq sözü və həqiqəti dediyinə görə bir çox insanları öz xütbələrinə doğru cəlb edə bilirdi.
Əl-Cizə vilayətində Əbu Müslim kəndində şiələrin birinin mənzilində 15 Şəban münasibəti ilə toplaşan bir qrup Misir şiəsi bir dəstə ifratçı sələfinin hücumuna məruz qaldı və bu şiələrin döyülməsi zamanı onlardan 4 nəfəri, o cümlədən Misir şiə rəhbərlərindən 55 yaşlı Şeyx Həsən Şəhatə və qardaşı 35 yaşlı Məhəmməd Şəhatə faciəvi şəkildə qətlə yetirilirlər.
Hücumçular Şeyx Şəhatə, qardaşı və onlarla birlikdə iki nəfəri öldürməklə kifayətlənmir, evin bütün əşyalarını məhv edir və evi yandırırlar.
Şeyx Həsən Şəhatə kimdir?
Şeyx Həsən Şəhatə 1946-cı ildə Misirin əl-Şərqiyyə vilayətində hənəfi məzhəbli ailədə dünyaya göz açmış və 1996-cı ildə 30 yaşında şiəliyi qəbul etmişdir.
Şəhatə “əl-Qiraat təhsil müəssisəsini bitirir və bakalavr dərəcəsini Quran elmləri fakültəsində alır.
İlk cümə namazı xütbəsinin hələ 13 yaşı olmamışdan öz kənd məscidində oxuyur. Namaz xütbələrini oxumağı Misir silahlı qüvvələrində əsgərlik xidməti dövründə də davam etdirir və Misir ordusunun 1973-cü ildə mühəndislik qüvvələrinin ruhiyyəsinin yüksəldilməsi və radio-televiziya aparıcısı vəzifəsində idi. Beləliklə Şeyx Şəhatə Əhli-Beyti (ə) sevən ailədə böyüdü.
Şəhatə deyir ki, iyirmini sufilərlə keçirib və onlardan aldığı yeganə nəticə bu olub ki, onlar öz aralarında çoxlu qollara bölünürlər. Vəhhabilər də onlardan biridir. İslamın simasını təhrif edir və öz inanc əsaslarını batil düşüncəyə əsaslandırıblar. Əimmədən heç birini tanımırlar və onların qəbul etdiyi yeganə şəxs İbn Teymiyyədir. Hətta Peyğəmbərdən (s.ə.s) də onu əziz saxlayırlar.
Misirin kənarlaşdırılmış prezidenti Hüsnü Mübarəkin 3 onillik hakimiyyəti dövründə Şəhatə 3 il həbsdə olur və Misirdən xaricə səfəri qadağan edilir.
Misir KİV onu bu ölkənin ən böyük şeyxlərindən və Misirdə ən qalmaqallısı hesab edirdilər və onu Əllamə Şeyx Həsən Əhməd Şəhatə adlandırırdılar. O əl-Əzhərin şeyxlərindən biri, Qahirənin ən böyük məscidlərindən birinin imam cüməsi və radio, televiziya və məscidlərdə “əl-Elm” proqramının icraçısı idi.
Misir xalqı onu İsrailin Qahirədəki səfirliyi yaxınlığındakı məscidin imam cüməsi kimi tanıyırdı və cümə günləri cümə namazı xütbələrini eşitmək üçün bu məscidə üz tuturdu ki, onun Əhli-Beytin haqq olması və onların vilayətinə olan vəfadarlığı barəsindəki sözlərini eşitsin. Əhali həmişə onu haqq və həqiqət carçısı hesab edir və sionist rejimi rüsvay edən olduğuna və onlara qarşı söhbətlər etdiyinə görə onun cümə namazı həmişə xüsusi təhlükəsizlik tədbirləri ilə keçirilirdi.
Şeyx Həsən Şəhatə Misirdə vəhhabiliyin əsas düşmənlərindən sayılırdı. Hər yerdə çıxışı vardısa, qeyri-mümkün idi ki, vəhhabilər və vəhhabiliyin həqiqi mahiyyətini ifşa etməsin. Elə buna görə 1996-cı ildə Misirin təhlükəsizlik orqanları tərəfindən, əslində misirli vəhhabi qrupların şikayəti ilə həbs olundu. Ona qarşı sürülən yeganə ittiham Əli İbn Əbitalibin vilayətinin elan olunması və Misirdə şiəliyin genişləndirilməsi oldu. Lakin bu həbs şeyxin dəyərini Misir xalqı yanında daha da artırdı. Şeyx həbsdən çıxdıqdan sonra ona KİV-ə açıqlama vermək və çıxış etmək qadağan idi. Bu səbəb oldu ki, minbərdən Mübarək quruluşunun həqiqi mahiyyəti və həbsxana şəraiti ilə bağlı vəziyyəti ifşa etmək üçün istifadə etsin.
Şeyx Həsən Şəhatə 2011-ci il 25 yanvar inqilabı zamanı çoxlu fəaliyyət göstərib.