Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasim bildirib ki, Bəhreyn xalqı öz hüquqlarından geri çəkilməyəcək və onların tələbindən əl çəkməyəcək.
Şeyx İsa Qasim qeyd edib ki, Ali Xəlifə rejimi hakimiyyətə zor tətbiq etməklə gəlib və bu ölkənin xalqını alçaltmağa çalışır.
O vurğulayıb ki, alimlərin həbs edilməsi İslam, azadlıq, ləyaqət və hüquqların tam şəkildə əldə olunması uğrunda cihad yolunda motivasiya və hərəkətverici qüvvədir. Şeyx İsa Qasim əlavə edib ki, Bəhreynin mömin, azad və qürurlu xalqı mövcud hakimiyyəti istəmir və hüquqlarının talan edilməsinə susmayacaq, onları tələb etməkdən əl çəkməyəcək və hüquqlarının yalnız kiçik bir hissəsi ilə kifayətlənməyəcək.
