Amerikada Xəbər Muzeyində müharibədə həyatını itirən jurnalistlər üçün təşkil edilmiş xüsusi anım mərasimində fələstinli jurnalistlərin adlarının da səsləndirilməsi sionistlərin qəzəbinə səbəb olub.
Hər il Amerikada müharibə meydanında həyatını itirən jurnalistlər və reportyorların xatirəsini əzizləmək üçün xüsusi anım mərasimi keçirilir. Amma, bu ilki mərasim sionistlərin qəzəbinə səbəb olub.
Çünki, bu adlar arasında İsrailin Qəzzə zolağına hücumu zamanı həyatını itirən iki fələstinli jurnalistin də adı olub.
PressTV-nin müxbiri Maya Nasir də Suriyada silahlı qiyamçılar tərəfindən açılan atəş nəticəsində həyatını itirən jurnalistlərdən sayılır.
Onun və daha 83 nəfərin adı ABŞ-ın xəbər muzeyində anılıb.
Amma, daha sonra sionist lobbisinin təzyiqləri altında İsrailin Qəzzəyə hücumu nəticəsində həyatını itirən 2 fələstinli jurnalistin adı bu siyahıdan çıxarılıb.
İraqlı fotomüxbir Məhəmməd Səlah deyib: Mənə elə gəlir ki, jurnalistlər, reportyorlar və fotomüxbirlər də əsgərlər kimi müharibədədirlər. Amma, əsgərlər hökuməti müdafiə edirlər, biz jurnalistlər isə müharibənin həqiqətlərini əks etdiririk.