AsyaDünyaİranXƏBƏRLƏR

İsfahanda “Beytül-Müqəddəs-26” raket hərbi təlimlərinin 3-cü mərhələsi başlandı

“Beytül-Müqəddəs-26” raket hərbi təlimlərinin 3-cü mərhələsi İran İslam Respublikası ordusu quru qoşunlarının komandanının iştirakı ilə İranın mərkəzində yerləşən İsfahan ostanının Nəsrabad ümumi məntəqəsində keçirilməkdədir.

Bu hərbi təlimlər İsfahan, Fars və Tehran ostanlarından İran ordusunun müxtəlif hərbi qüvvələrinin əməkdaşlığı ilə keçirilməkdədir.

Bu hərbi manevrin ilk mərhələsində təhdidlərlə mütənasib planlar icra olundu.

Ötən iki gündə Kaşan məntəqəsində “Heydər Kərrar” rəmzi ilə keçirilən hərbi təlimlərin 2-ci mərhələsində fərz olunan düşmənin strateji mövqeləri raketlərlə hədəfə alındı.

Bu mərhələdə müxtəlif radiuslala müxtəlif raketlər, o cümlədən iki Naziat və Fəcr raketi atıldı.

Bu gün şənbə hərbi təlimlərin üçüncü mərhələsi “Ya Əli İbn Əbitalib” rəmzi ilə başlanıb və iki gün davam edəcəkdir.

Bu mərhələdə də “Dəhlaviyə”, “Tondər” və “Tusən” raketləri ilk dəfə olaraq sınaqdan keçirilib.

“Beytül-Müqəddəs-26” hərbi təlimlərinin üçüncü mərhələsində fərz olunan düşmən qüvvələri müdafiə qüvvələri ilə üzləşib və qurudakı müdafiə əməliyyatı qeyri-bərabər döyüş formasında öncədən təyin olunmuş proqrama əsasən icra olunub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu