AfrikaXƏBƏRLƏR

Misir vətəndaş qarşıdurması burulğanında; 26 ölü, yüzlərlə yaralı

Misirin devrilmiş prezidentinin tərəfdarları və müxalifləri arasında gedən toqquşmalarda indiyə kimi 26 nəfər ölüb. Yaralananların sayı isə yüzlərlədir.

Mursinin tərəfdarlarından olan milyonlarla insan onun öz vəzifəsinə qaytarılacağı zamana kimi aksiyaları davam etdirəcəklərini bildirib.
Müsəlman Qardaşları hərəkatının lideri Mursini hələ də Misirin qanuni prezidenti adlandırıb və deyib: Seçilmiş prezident Mursinin milyonlarla tərəfdarı onun yenidən öz vəzifəsinə bərpa ediləcəyi zamana kimi meydanlarda qalacaqlar.
Müsəlman Qardaşları hərəkatına bağlı Azadlıq və Ədalət Partiyası da bir bəyana yayaraq, öz tərəfdarlarından istəyib ki, etiraz aksiyalarını davam etdirsinlər.
“Üsyan” və “Milli Qurtuluş Cəbhəsi” isə “İnqilabın Legitimliyini” və “Milli İstiqlaliyyəti” müdafiə üçün xalqı sabah xiyabanlara çıxaraq, mitinq təşkil etməyə dəvət edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu