Müqəddəs Mədinə şəhərində Bəqi qəbiristanlığının dağıdılmasının ildönümü günlərində Hindistan müsəlmanları da Yeni-Dehlidə aksiya keçirərək, ifratçı cərayanların müsəlmanların müqəddəslərinə qarşı cinayətlərini pisləyiblər.
Aksiyaçılar bu mərasimdə Bəqi qəbiristanlığının dağıdılmasına qarşı hiddət və nifrət ifadə edərək, bu cinayətin dayandırılması və Bəqidəki müqəddəslərin qəbirlərinin bərpasını istəyiblər.
Hind şiə və sünni müsəlmanların iştirak etdikləri bu etiraz aksiyasında aksiyaçılar “Amerikaya ölüm!”, “İsrailə ölüm!” və “Səudiyyəyə ölüm!” şüarları verərək, təfriqə və ixtilafların qarşısının alınmasına və düşmənlərin fitnələri qarşısında müsəlmanlar arasında birlik və həmrəyliyə təkid ediblər. Hicri qəməri tarix ilə 1344-cü ilin şəvval ayının səkkizində bəzi ifratçılar hörmətsiz bir hərəkətdə Müqəddəs Mədinə şəhərində yerləşən Bəqi qəbiristanlığında Məsum İmamlar(ə)-ın qəbirlərini dağıdaraq, bütün dünyada milyonlarla müsəlmanın emosiyalarına xələl gətirdilər.