Türkiyədə bir siyasi fəal bildirib ki, Amerikanın İran əleyhinə yeni sanksiyalarının tətbiqi həmin ölkənin keçmişinə əsasən, qeyri-adi bir məsələ deyil.
Abbas Kadioğlu İranın Teleradio Təşkilatının sərhədaşırı istanbul türkcəsi radiosu ilə müsahibədə Amerikanın İrana qarşı yeni sanksiyaları haqda deyib: Cenevrə nüvə razılaşmasının imzalanmasından sonra yeni sanksiyaların tətbiqi göstərir ki, İran İslam Respublikasının regiondakı müqaviməti və onun qələbələri bu sanksiyaların əsas səbəbidir.
Abbas Kadioğlu sionist rejimin baş naziri- Benyamin Netanyahunun hamıdan çox Cenevrə razılaşmasının imzalanmasından nigaran olduğunu bildirərək, belə qeyd edib: Amerikanın dövlət katibi- Con Kerrinin işğal olunmuş ərazilərə səfəri ilə bir zamanda yeni sanksiyaların tətbiqi göstərir ki, sionist lobbisi hələ də amerikalı rəsmilər üzərində nüfuza malikdir.
Amerikanın xəzinədarlıq nazirliyi ötən həftənin cümə axşamı günü on doqquz iranlı və xarici şirkətin adını İran İslam Respublikasına qarşı sanksiyalar siyahısına əlavə edib.