Suriyada silahlı ünsürlər yaşayış massivlərinə basqın edərək 10 qadını oğurlayıblar.
Yaraqlılar Hələbin ətrafında Nəbl və əl-Zəhra şəhərlərinə basqın edərək 10 qadını oğurlayıblar.
Bu qadınlar İfrin şəhərindən qayıdırmışlar. Bu iki şəhər sakinləri aylardır ki, terrorçu qruplaşmalar tərəfindən mühasirədədirlər.
Bir neçə gün öncə də əl-Nəsr terrorçu qruplaşmasının rəhbərlərindən biri Qətərin əl-Cəzirə telekanalının qadın müxbirinə təcavüz edib.
Ərəbistan və Qətərin bəzi ifratçı müftiləri qeyri-islami və qeyri-insani bir hərəkətdə suriyalı qadınlara təcavüzü şəri elan edib və hətta bəzi ərəb ölkələrindən terrorçu döyüşçülər üçün siğə qadın qruplarının ezam olunmasına icazə veriblər. Bu məsələ müsəlmanların qəzəblənməsinə səbəb olub.
