İranXƏBƏRLƏR

İran Səfiri: “İran Məclisində səslənən təklif Bakıda İran əleyhinə keçirilən konfransa cavab idi”

İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib : “İran İslam Şurası Məclisində rüsvayçı Türkmənçay müqaviləsinə yenidən baxılma təklifi martın 30-da Bakıda İran əleyhinə keçirilən konfransa cavab olaraq irəli sürülüb”.

Pak Ayin APA-ya müsahibəsində deyib : “İran və Azərbaycan arasında çox möhkəm münasibətlər mövcuddur. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik, beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığını təsdiqləyirik və ilki ölkə arasında mövcud olan öhdəliklərə tam sədaqətliyik”.
Səfir əlavə edib ki, Bakıdakı bədnam tədbirdə bəzi partiya sədrləri, deputatlar iştirak etmişdilər.

Pak Ayin deyib : “Ondan əvvəl də Azərbaycan millət vəkillərindən biri demişdi ki, Cənubi Azərbaycanın İrandan ayrılmasını, müstəqilliyinə qovuşmasını və özünün də oranın parlament sədri kimi çıxış etməsini istəyir. Təbii ki, Azərbaycanda bu cür bəzi fikirlər dövlətin rəsmi mövqeyini ifadə etmir, amma onlar İranda əks-sədaya səbəb olur”.

İki ölkə xalqı arasında dostluğa və qardaşlığa gəlincə səfir əlavə edib : “ Mən özüm bir neçə həftə bundan əvvəl Biləsuvar nəzarət-keçid məntəqəsində olmuşdum və deyə bilərəm ki, Novruz bayramı zamanı 15 gün ərzində oradan 23 000 nəfər İrana səfər edib. Eyni göstəricilər Culfa və Astara nəzarət-keçid məntəqələrində də qeydə alınıb. Ümumilikdə isə Azərbaycandan İrana təxminən 300 000 nəfər səfər edib, İrandan Azərbaycana isə orta hesabla 100 000 nəfər gedib. Əgər Azərbaycan İran vətəndaşları üçün viza rejimini ləğv etsə – necə ki bunu İran tərəfi edib – o zaman Azərbaycana gələn iranlı turistlərin sayı xeyli artacaq”.

Səfir İran XİN-in sözçüsü Ramin Mehmanpərəstin Dağlıq Qarabağ münaqişəsində İranın vasitəçi ola biləcəyi barədə açıqlamasını da belə şərh edib : “Biz Dağlıq Qarabağ münaqişəsinin ən qısa zamanda həll olunmasını arzulayırıq. Fikirləşirəm ki, regiona daxil olmayan ATƏT-in Minsk Qrupu üzvləri bu münaqişənin həllində maraqlı deyillər. Münaqişənin uzadılması ilə onlar öz iqtisadi və siyasi mənafelərini təmin etmək istəyirlər. Ona görə də İran İslam Respublikası həm Qoşulmama Hərəkatının sədri olaraq, həm təsir qüvvəsinə malik olan ölkə kimi münaqişənin həlli üçün öz yardımını təklif etməkdən vaz keçmir. Biz fikirləşirik ki, regional yolların axtarışı münaqişənin həlli üçün daha effektiv olar. Nəzərə alsaq ki, bizim Azərbaycan və Ermənistanla əlaqələrimiz var, belə bir fürsət yaransa, biz münaqişənin həlli ilə bağlı öz təkliflərimizi verərik”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu