
Şimali Koreya bildirib ki, nüvə proqramı müzakirə ediləsi deyil və ABŞ-ın siyasətləri dəyişmədikcə, müzakirə üçün heç bir qərarı yoxdur.
Şimali Koreya Xalq Demokratik Respublikası Xarici İşlər Nazirliyi bildirib: Bu ölkənin nüvə proqramı müzakirə obyekti deyil və Amerika düşmənçilik siyasətlərini tərk etmədikcə, bu ölkə ilə müzakirəyə daxil olmayacaq.
Bu açıqlama ABŞ-ın Şimali Koreyaya qarşı yeni müdafiə layihəsinə reaksiya olaraq bildirilib.
ABŞ müdafiə naziri 14 anti-raket sistemi və bir radarı Şimali Koreyanın raketləri ilə mübarizə üçün yerləşdirdiyindən xəbər verib.
Şimali Koreya Xarici İşlər Nazirliyinin sözçüsü bu ölkənin rəsmi xəbər agentliyinə deyib: Əgər Amerika bizim çox az ticarət və ticarət dövriyyəsi üzrə iqtisadi mənafeyimiz istiqamətində atom silahı əldə etdiyimizi düşünürsə, tamamilə səhv edir və hesablamasında yanlışlığa yol verib.
XİN sözçüsü deyib: ABŞ Pxenyana qarşı öz düşmənçilik siyasətini kənara qoymazsa, bizim müzakirə üçün heç bir niyyətimiz yoxdur.