Misirin faktaraşdırıcı komitəsinin üzvləri ötən iyun ayından sonra , eləcədə Sina yarım adasında baş verən olaylar araşdırmaq məqsədilə o bölgəyə ezam olacaqlar.
Türkiyə Anadolu xəbər agentliyinin məlumatına görə, bu faktaraşdırıcı komitənin sədri Fuad Əbdül-Munim Riyaz bir müsahibədə bu məqama toxunaraq deyib : Komitənin üzvləri prezident Məhəmməd Mursinin hakimiyyətdən kənarlaşdırılması ardınca o bölgədə baş verin silahlı qarşıdurmalar və orada formalaşan vəziyyətin mənşəyi haqda konkret tədqiqat aparmaq üçün tez bir zamanda Sina bölgəsinə səfər edəcəklər.
Sonra deyib : Mursinin kənarlaşdırılmasında baş verən olayları dəqiq öyrənmək üçün bu səfər çərçivəsində o bölgədəki əhali və qəbilə başçıları ilə danışıqlar aparacağıq.
Riyaz sonra xatırladıb : Sina olayları eləcədə 30 iyun tarixindən sonra baş verən hadisələr haqda əldə məlumatlar Misirin növbəti prezidentinə təqdim olunacaq.
Ötən ilin 22 dekabr tarixində Misirin müvəqqəti prezidenti Ədli Mənsur bu ölkədə 30 iyun hadisələrindən sonra baş verən olayların araşdırılması üçün faktaraşdırıcı bir komitə təşkil etmişdir.