AvropaXƏBƏRLƏR

Putin Koreya yarımadasındakı vəziyyətin gərginləşməsindən nigaranlıq edib

Rusiya Federasiyasının prezidenti Koreya yarımadasındakı vəziyyətyin gərginləşməsi barəsində nigaranlığını bildirib.

Röyters İnformasiya Agentliyinin məlumatına görə, Almaniyaya səfər edən Vladimir Putin bazar ertəsi günü Almaniya kansleri Angella Merkellə birgə keçirdiyi mətbuat konfransında deyib: Koreya yarımadasında vəziyyətin gərginləşməsinin nəticələri Çernobl hadisəsindən də acınacaqlı ola bilər.

Putin Rusiya və Şimali Koreyanın iki qonşu ölkə olduğuna toxunaraq deyib: Bu ölkənin ehtima üzrə toqquşmasının təhlükəsi qonşuları üçün 1986-cı il Çernobl hadisəsindən də acınacaqlı ola bilər.

Putin həmçinin Koreya yarımadasındakı qarşıdurma tərəflərindən gərginliyin kəskinləşməsindən çəkinməklə bu regionda böhranın dinc yolla həlli üçün çalışmalarını istəyib.

Koreya yarımadasındakı gərginlik ABŞ və Cənubi Koreyanın birgə hərbi manevrlər keçirmələri, Pentaqonun bölgəyə strateji təchizatları göndərməsi və BMT-nin Pxenyana qarşı sanksiyalarını artırması ardınca kəskinləşmişdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu