İngiltərədə çıxan Guardian qəzeti ən yeni ifşaçılıqda göstəribdir ki, Amerika Milli Təhlükəsizlik Agentliyi xam, eləcə də Amerika vətəndaşları ilə bağlı informasiyaları sionist rejimin ixtiyarına verir.
Amerika vətəndaşları barədəki məlumatlar süzgəcdən keçirilməzdən qabaq sionist rejimin ixtiyarına keçir.
Snouden tərəfindən ifşa olunmuş son dərəcə sirrli sənədlər göstərir ki, ümumi ifadələrdə Amerika casusluq agentliyi kimi tanınan Amerika Milli Təhlükəsizlik Agentliyi xam informasiyaları birbaşa surətdə sionist rejimin ixtiyarına verir. Yəni bu zaman ABŞ vətəndaşları barədəki informasiyalar ayrılmadan və süzgəcdən keçirilmədən xam formada təqdim edilir.
İnformasiya mübadiləsi haqdakı razılaşmanın detalları Amerika Milli Təhlükəsizlik Agentliyi ilə onunla həmkar olan sionist təşkilat arasında bağlanmış anlaşma sənədində göstərilibdir.