Sionist həkimlər praktikalarını fələstinli əsirlər üzərində keçirirlər

İşğal olunmuş Fələstin ərazilərində müxtəlif tibb fakültələrinin məzunları öz praktikaları üçün İsrail rejiminin əsirliyində olan fələstinlilərdən istifadə edirlər.

Əl-Aləm xəbər telekanalının məlumatına görə, Fələstin insan haqları mənbələri bildiriblər: Sionist rejim başçıları fələstinli xəstə əsirlərdən tibb fakültələri məzunlarının praktikaları çərçivəsində sınaqlar və cərrahiyyə əməliyyatları üçün sui-istifadə edirlər.
Fələstin Əsirləri Tədqiqatlar Mərkəzi bir bəyanatda bildirib: Sionist rejim həbsxanalar idarəsi xəstə əsirlərə rəhmsiz və təcrübəsiz məzunların praktikaları ilə işgəncə verir.
Bu mərkəz praktika keçən həkimlərin müalicəsində olan fələstinli əsirlərdən biri Məhəmməd əl-Həsəniyə istinadla bildirib: Praktikada olan həkimlər onun bədənin bir nahiyəsində ardıcıl olaraq 7 cərrahiyyə əməliyyatı keçiriblər. Bu da onun ağrılarının daha da kəskinləşməsinə səbəb olub.
Fələstin Əsirləri Cəmiyyətinin rəhbəri Tofiq Əbu Nəim də deyib: Həbsxana həkimi olaraq fəaliyyət göstərən şəxslər əsirlərin ərizəsi olmadan onların tibbi müayinə anketlərini doldururlar.
Xəbər mənbələri də bundan öncə fələstinli şəhidlər və əsirlərin bədən üzvlərinin sionist rejim tərəfindən oğurlandığını bildirmişlər.

↑
Mobil sürümden çık