Sionist hərbçilər fələstinli qadınları hücuma məruz qoyublar

Sionist rejimin hərbçiləri Qərb Sahilində Fələstinli qadınların keçirdiyi aksiyaya hücum edərək bəzisini zəhərləyiblər.

Bu gün şənbə səhər çağı Ümumdünya Qadın günü münasibəti ilə Qoldanya adlı buraxılış yoxlama postunun yaxınlığında aksiya keçirən fələstinli qadınlar Sionist hərbçilərinin gözyaşardıcı qazla hücumlarına məruz qalıblar.

Digər tərəfdən Sionist hərbçilər bu gün səhər çağı Nablos, Cenin və Beyt-ül-müqəddəsə hücum ediblər. Sionistlər Beytləhmin cənubunda Əl-Xızır qəsəbəsinin sakini olan iki fələstinli fəhləni yaxalayıblar. Bir fələstinli yeni-yetmə də Əl-Xəlil şəhərində yaxalanıb.

Həmçinin şəhərcik sakini olan bir Sionist Əl-Xəlilin cənubunda Yəta qəsəbəsində 16 yaşlı bir fələstinlini avtomobillə basıb şiddətlə yaralamışdır.

↑
Mobil sürümden çık