DünyaXƏBƏRLƏR

Briks ölkələri qərbin beynəlxalq qurumlara nüfuzu ilə mübarizə aparırlar

Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası rəhbərləri Cənubi Afrika Respublikasının Durban şəhərində keçirilən iclasda razılıq əldə ediblər ki, qərbin beynəlxalq qurumlarına nəzarəti ilə mübarizə aparmaq üçün infrastrukturlar yaratsınlar.

Briks adlanan ölkələrin rəhbərlərinin iclası sona çatıb və Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası rəhbərləri qərbin beynəlxalq qurumlara nüfuzu ilə mübarizə aparmaq üçün layihələri təsdiqləyiblər.

Bu məlumata görə, bu ölkələrin rəhbərləri Durban liman şəhərindəki iclasdan sonra müştərək bankın yaradılması üzrə razılıq əldə ediblər. Lakin bildirilib ki, bu layihənin yekunlaşdırılması üçün daha artıq danışıqlara ehtiyac vardır.

Bu qrupun 5 üzvü bildirib ki, beynəlxalq iqtisadi mərkəzin yaradılması üçün böyük addımın atılmasını istəyirlər.

Bu iclasın iştirakçıları həmçinin bildiriblər ki, üzv ölkələr arasında işıq əlaqə yolunun yaradılması üzrə razılıq əldə ediblər. Bu əlaqə yolunun yaradılmasında məqsəd Briks ölkələrinin qərb ölkələrinə əlaqələr üçün asılılığının azaldılmasıdır.

Briks ölkələrinin iqtisadiyyatı üst-üstə dünyanın bütün iqtisadiyyatının 25%-i təşkil edir. Eyni zamanda bu ölkələrin əhalisi dünyanın bütün əhalisinin 40%-dir.

Bu qrupun üzvlərinin qənaətincə, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, BMT Təhlükəsizlik Şurası kimi beynəlxalq qurumların dəyişilmə sürəti aşağıdır və onlar bu beynəlxalq qurumların strukturunda dəyişikliyin yaradılmasını ehtiyac olaraq görürlər.

Ekspertlər bildirirlər ki, bir iqtisadi inkişaf bankının yaradılması qərb ölkələri tərəfindən idarə olunan Dünya Bankı və Beynəlxalq Valyuta Fondu üçün açıq-aşkar bir rəqib hesab oluna bilər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu