Sionist İsrail rejimi İranın strateji cəhətdən zəfərindən qorxuya düşüb

Sionist rejimin 2-ci telekanalı Suriya ordusunun bu ölkə torpağındakı irəliləmələri və nailiyyətlərinə işarə edərək, İran İslam Respublikasının regiondakı strateji cəhətdən zəfər çalması haqda nigaranlıq edib.

Sionist rejimin 2-ci telekanalı belə bildirib: Biz Suriya ordusunun irəliləmələrinə görə İranın strateji cəhətdən zəfər çalması ilə üz-üzəyik.

Bu telekanal əlavə edib: Suriya ordusu əməl səhnəsində mühüm nailiyyətlər əldə edib və əgər Suriya ordusu beləcə öz irəliləmələrini davam etdirərsə, biz Suriyada İranın strateji zəfəri üzrə təhlükə ilə üzləşəcəyik.

Suriya ordusu son iki ay ərzində bir daha gözə çarpacaq miqdarda əməl təşəbbüsünü ələ keçirib və silahlı qrupların işğalı altında olan Suriya torpaqlarının geniş ərazilərini geri alıb və silahlı qruplaşmalara çoxlu miqdarda xəsarətlər vurub.

Bu silahlı qruplaşmalar, Qətər, Ərəbistan, Türkiyə və bir qrup Qərb ölkəsi, o cümlədən İngiltərə, Fransa və Amerika tərəfindən maliyyə və silah baxımından himayə edilirlər.

↑
Mobil sürümden çık