Sionist İsrail rejimi Qəzzənin ətrafında dəmir qübbə adlanan sistemin yerləşdirilməsinin davamında, həmin məntəqədə daha 3 sistem yerləşdirib.
Sionsit rejim radiosu məlumat verib ki, Sionist İsrail rejimi ötən gün (25 dekabr) Qəzzə ilə həmsərhəd olan Əsqəlan, İlat və Əsədved şəhərində yeni dəmir qübbə sistemlərini yerləşdirib.
Sionist İsrail ordusu ötən çərşənbə günü isə fələstinli mübarizlərin raketlərindən dəhşətlənərək, Fələstinin işğal edilmiş məntəqələrindən olan Sedirut məntəqəsində də yeni bir dəmir qübbə sistemi quraşdırıblar.
Bu raket sistemlərinin Qəzzə sərhədlərində qurarşdırılması bir halda baş verir ki, bu rejimin raket sistemlərinin yararsız olduğu və fələstinlilərin sionst rejim hərbçilərinin mövqeyinə qarşı raket hücumlarının qarşısını almaqda aciz olduğu artıq üzə çıxıb.
Sionist rejimin ötən çərşənbə axşamı Qəzzə zolağına qarşı hücum nəticəsində 4 nəfər, o cümlədən bir uşaq şəhid olub, digər bir neçə nəfər isə yaralanıb.
Ötən gecə (cümə axşamı 26 dekabr) isə Sionist rejimin Qəzzəyə qarşı hücumu zamanı iki fələstinli yaralanıb.