Misirdə Müsəlman Qardaşları Hərəkatının üzvlərinin həyat yoldaşları, anaları və bacıları Əl-Mina cinayət məhkəməsinin, bu hərəkatın başçısına və 682 üzvünə qarşı çıxardığı hökmünə etiraz olaraq aksiya keçiriblər.
Əl-Misir Əl-Yom internet saytının məlumatına görə cümə axşamı günü Əl-Mina vilayətinin Əl-Ədvə şəhərində təşkil edilən bu aksiyada sözü gedən məhkəmənin, Məhəmməd Bədi və 682 üzvlə bağlı çıxardığı hökmünü pislənilib.
Müsəlman Qardaşları Hərəkatının bu üzvləri ölkədə bir zabit və daha 8 polisi qətlə yetirməkdə eləcədə bu polis mərkəzinə basqın edib, mərkəzin əmlakını yandırmaqda günahlandırılıblar. Aksiyaçılar Əbdülfəttah Əl-Sisiyə qarşı kəskin xarakterli şüarlar səsləndiriblər.
Adı çəkilən məhkəmə 682 nəfərə edam hökmü təyin edib.
Qeyd edək ki, Əl-Mina təhlükəsizlik qüvvələri MQH-nın himayəçilərinə repressiya tətbiq edərək onlardan iki nəfərini həbs edib.
