Sionist Korpus Generalı: Bəşşar Əsəd uzun illər boyu hakimiyyətdə qala bilər

Sionist İsrail rejiminin şimal cəbhəsinin komandanı Yəir Gulan deyib ki, Suriyada daxili müharibənin cərəyanda olmasına rəğmən, bu ölkə prezidenti Bəşşar Əsəd uzun müddət üçün hakimiyyətdə qala bilər.

Sionist İsrail rejimi ordusunun yüksək rütbəli komandanlarından olan korpus generalı Yəir Gulan Bəşşar Əsədin illər boyu hakimiyyətdə qalacağını bildirib. O deyib: mən elə bir qüdrət görmürəm ki, onu bu tezliklə aradan qaldıra bilsin. Belə bir halda hakimiyyətdən kənarlaşdırılmalıdır və hər nə qədər bu iş daha tez baş verərsə, daha yaxşıdır”.

Gulan sionist rejiminin Suriya quruluşu ilə Suriyada fəal olan terrorçu qruplaşmalar arasında hansısını tərcih etməsi barədəki suala cavabda iddia edibdir ki, Suriya daxilindəki terrorçu qruplaşmaların təhlükəsi şişirdilib və bu təhlükə mütləq Suriya quruluşunun davam etməsi təhdidindən daha çoxdur.

Bundan öncə sionist rejimin Amerikadakı səfiri də Suriyada fəal olan terrorçu qruplaşmalar, Suriya quruluşu həmçinin İranın himayə etdiyi qruplara tərcih etdiyini bildirmişdir. Onun sözlərinə görə Suriya Tehran-Dəməşq-Beyrut hilalının mehvər nöqtəsidir və buna görə də sionist İsrail rejimi daim Bəşşar Əsədin kənarlaşdırılmasını istəyibdir.

Gulan sonra deyib: Beynəlxalq Cihad( sionistlərin ifratçı terrorçu qruplar üçün istifadə etdiyi termin) pis düşməndir, belə bir halda primitiv və bir regional qüdrətin himayəsinə malik olmayan bir düşməndir. Amma Suriya, Hizbullah və əlbəttə onların himayəçisi regional qüdrət olan İran beynəlxalq cihad ünsürlərindən daha təhlükəlidir.

↑
Mobil sürümden çık