AsyaDünyaXƏBƏRLƏR

Sionist Lobbisi yeni anti-iran hərəkətlərə start verib

Beynəlxalq məsələlər üzrə ekspert, AİPAC illik iclasının başlanması ilə eyni zamanda bu qrupun Amerikada anti-iran hərəkətlərinin şiddətlənməsindən xəbər verib.

Beynəlxalq məsələlər üzrə ekspert və universitet müəllimi Piruz Müctehidzadə bu gün Tehranda çıxan İran qəzetinin “Bu günkü nota” rubrikasında dərc edilən məqalədə yazıb: “Amerikanın ən böyük pro-İsrail qrupları,” illik AIPAC iclasının başlanması ilə eyni zamanda, bəzi AİPAC komitəsi üzvləri həmçinin ABŞ-ın həmin qrupla əlaqədə olan ifratçı təmsilçiləri, İran ilə 5 +1 qrupu arasında nüvə sazişinin əleyhinə yeni dövr hərəkətlərə başlayıblar.
Ekspertin yazdığına əsasən, sözü gedən təşkilat hətta Sionist rejim nümayəndələrinə icazə verir ki, ABŞ-ın siyasi qərarlarına belə müdaxilə etsinlər.
O məqaləsinin davamında yazıb: İranın nüvə proqramı və mövzunun diplomatik yollarla çözülməsinin dayandırılması üzrə cəhdlər, həmin qrupun son illər ərzində qarşıya qoyduğu siyasətlərini təşkil edir.
Piruz Müctehidzadə öz məqaləsində yazıb: İran ilə 5+1 qrupu arasında yekun anlaşmanın əldə edilməsinin ciddi hala keçdiyi ilə eyni zamanda, İran əleyhinə yeni hücumlar həyata keçirilir və Sionist rejim baş naziri Benyamin Netanyahu İran ilə 6 qərb ölkəsi arasında anlaşmanın yekunlaşmasına mane olmaq və təzyiqləri gücləndirmək məqsədi ilə Vaşinqtona gedib.
Ekspertin yazıdığına əsasən, ABŞ prezidenti Barak Obama və başçılıq etdiyi hökumət Cenevrə anlaşmasını pozmaq ardınca deyillər zira anlaşmanın pozulması onun məğlubiyyətə uğraması mənasındadır və İranın nüvə məsələsinin dami şəkildə həll edilməsi üzrə yaranmış fürsət itirilmiş olur.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı