Sionist qəsəbə sakinlərinin fələstinlilərə hücumları davam edir

Sionist qəsəbə sakinlərinin fələstinlilərə hücumları hələdə davam edir.

Qətər xəbər agentliyinin məlumatına görə, sionist qəsəbə sakinləri şənbə gecə İordan Çayının Qərb Sahillərində yerləşən Əl-Xəlil şəhərinin mərkəzindəki prospektdə bir fələstinli yeniyetməni ağır şəkildə döyüblər.

Bu 13 yaşlı fələstinli uşağın atası bu barədə deyib:Əl-Xəlilin mərkəzində Fələstinə aid ərazilərdə Beyt Hədasa sionist qəsəbəsinin sakinləri heç bir səbəb olmadan övladını mağazaya getdiyi zaman döyüblər.

Fələstinli uşağın atası əlavə edib : İşğalçı İsrail rejiminin qüvvələri sionist qəsəbə sakinlərinin bu hərəkətinə dəstək istiqamətində oğlanı həbs edib və Keriyyat Ərbə şəhəri yaxınlığındakı polis şöbəsinə aparıblar , onu şəhərcik sakinləri və əsgərlərə hücum etməkdə ittiham edib və 5 saat müddətinə həbsdə saxlayıblar.

Bu fələstinli uşağın atası bildirib ki, polis şöbəsinin məsulları övladından məhkəməyə gəlmək tələb olunduğu zaman onların tələbindən boyun qaçırmamaq üzrə izahat alıblar.

Sionist qəsəbə sakinləri işğalçı İsrail rejiminin hərbçilərinin dəstəyi ilə həmişə fələstinliləri incidir və onların əmlakına xəsarət vururlar.

↑
Mobil sürümden çık