Çinin müsəlman sakinli Sin-Kiyanq vilayətində polis və silahlı qüvvələrin toqquşması 16 nəfərin həlak olmasına səbəb olub.
Fransa Xəbər Agentliyi məlumat verib: Yerli mənbələr elan ediblərki silahlı şəxslərdən ibarət bir qrup bazar ertəsi günü Kaşğər məntəqəsində bir neçə şübhəli şəxsi h’bs ed’n çinli polis məmurlarına hücum ediblər.
Bu məlumata görə hadisə nəticəsində hücumçuların 14 nəfəri və polis məmurlarının ikisi həlak olublar.
