AsyaDünyaİranXƏBƏRLƏR

General Səfəvi bəzi ərəb ölkələrinin təkfirçiləri dəstəkləməsi barədə xəbərdarlıq etdi

İran İslam Respublikası Ali Baş Komandanının ali müşaviri bəzi ərəb ölkələrinə təkfirçi və terrorçuların fəaliyyətlərini dəstəkləmələrinin region xalqları üçün mənfi nəticələri olacağı barədə xəbərdarlıq edib.

Ali Baş Komandanın ali müşaviri ordu generalı Yəhya Rəhim Səfəvi bəzi ərəb ölkələrinin təkfirçi qrupları dəstəkləmələri və belə dəstəklərin mənfi nəticələri barəsində deyib: 2030-cu ilə qədər Fars körfəzinin cənub hissəsində bəzi şahlıq rejimlərindən bəlkə də heç bir əsər-əlamət qalmasın.
Ordu generalı Səfəvi bu ölkələrin region əhalisini qətlə yetirmək üzrə sionistlərin siyasəti çərçivəsində addım atdıqlarını bəyan edərək söyləyib: Onlar təkfirçi qruplaşmaları İraq, Suriya və Bəhreyn xalqlarının canına salıblar. Lakin sonda bu qruplaşmalar öz hamiləri üçün də baş-ağrısına çevriləcəklər.
Ali Baş Komandanın ali müşaviri əlavə edib: İslam ölkələrində müharibə və de-stabillikdən, eləcə də müsəlman xalqların insani və maddi sərvətlərinin hədər olmasından faydalanan yeganə rejim İsraildir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu