Sionist rejim mütəxəssisləri bu rejimin geniş səylərə rəğmən hər gün 100 minlərlə kibernetik hücumun hədəfinə çevrildiyini ifşa edib.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, İsrail mütəxəssisləri deyiblər: Təhlükəsizlik vəziyyətinin ağırlaşması ilə İsrailin kompüter şəbəkələrinə qarşı kibernetik hücumların sayının gün ərzində bir milyona çatacağı proqnoz edilir.
Bu məlumata görə, İsrailinin kompüter şəbəkələrinə qarşı kibernetik hücumlar müxtəlif sektorlarda ciddi xəsarətlərlə nəticələnir. Xüsusilə iqtisadiyyat sahəsində böyük zərər və ziyanlarla yanaşı olur. Belə ki, onlarla həssas və strateji hərbi-təhlükəsizlik saytı kibernetik hücumlara məruz qalaraq, ciddi problemlərlə üzləşib.