İranXƏBƏRLƏR

Sionist rejim nigaranlıqla Hizbullahın inkişaflarını izləyir

Sionist İsrail rejimi işğal olunmuş ərazilərin şimal bölgələrində irimiqyaslı hərbi təlimlərə son verib.

Bu hərbi təlimlərdə məqsəd Livan İslami Müqavimət Hərəkatı Hizbullaha ehtimal olunan hücum üçün İsrail ordusunun hazırlığıdır.

Eyni zamanda siyasi müşahidəçilərin qənaətincə, Hizbullah da İsrail ordusunun istənilən hücumu və ya təcavüzünə ağır cavab vermək üçün hazırlaşmaqdadır.

Bu hərbi təlimlər elə bir halda keçirilib ki, İsrail rejimi çoxlu nigaranlıqla Suriyada xarici ölkələrin himayəsində olan təkfirçi qruplaşmalara qarşı Hizbullahın hərbi potensial cəhətindən yüksək nailiyyətlərini izləməkdədir.

İsrail ordusunda bəzi mənbələrin məlumatına əsasən, Livan Hizbullahı qüvvələri piyada döyüşlərində çoxlu icra taktikası əldə etmiş və modern təchizatlardan istifadə də püxtələşmişlər.

Həmçinin Hizbullah əməliyyatın icra olunmasında ordu kimi nizam-intizamlılığı nümayiş etdirib.

Bir qrup İsrail ordusu hərbi komandanı etiraf edir ki, Hizbullahın Suriya müharibəsində iştirakı İsraillə müharibəyə girmək üçün bu müqavimət hərəkatının gücünü azaltmayıb. Üstəlik Hizbullahın müdafiə gücü də artmışdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu