Sionist rejimin ordusu Xan Yunis və Qəzza zolağının şimalına hücumlar zamanı Həmas və Fələstin İslami Cihad hərəkatlarının 6 üzvünü hədəf aldığını açıqlayıb.
Sionist rejimin ordusunun məlumatına görə, Həmasın Xan Yunusun Şərq Briqadasından Əkrəm Sobhi Həmdan Əbu Teymə və İslami Cihad hərəkatının üzvü Vəcdi Sami Süleyman Əbu Saleh çərşənbə axşamı Xan Yunus bölgəsinə edilən hücum zamanı öldürülüb. İşğalçı ordu həmçinin Qəzzənin şimalında həyata keçirdiyi hücum zamanı Həmasın hərbi qanadının 4 üzvünü, o cümlədən 2 səhra komandirini və Cəbaliya Briqadasının elit bölməsinin 2 üzvünü öldürdüyünü iddia edib. Tel-Əviv rejimi bu şəxslərdən 4-nün 7 oktyabr 2023-cü ildə (15 Mehr 1402) işğal altındakı ərazilərə edilən hücumda iştirak etdiyini iddia edib.
