AsyaDünyaFələstinXƏBƏRLƏR

Sionist rejim Samir əl-İsavini azad etdi

Sionist rejim bazar ertəsi günü 2012-ci ilin yanvarından aclıq aksiyasına başlayan fələstinli əsir Samir əl-İsavini azad edib.

Samir əl-İsavi ötən aprel ayında İsrail rəsmiləri ilə əldə olunmuş anlaşma əsasında və israillilərin onu azad edəcəkləri barədə üzərilərinə götürdükləri öhdəlik müqabilində aclıq aksiyasını dayandırmışdı.
Bu anlaşmaya əsasən sionist rejimin terrorçuluq fəaliyyətlərində ittiham etdiyi Samir əl-İsavi aclıq aksiyasını dayandırmasından 8 ay sonra azad edilməli və işğal edilmiş Beytül Müqəddəsin şərqində, əl-İsavi məntəqəsində yerləşən mənzilinə qayıtmasına icazə verilməlidir.

İsavi 2002-ci ildə həbs edilərək, Fələstinin Azadlığı Uğrunda Demokratik Cəbhədə hərbi fəaliyyətlərə malik olmaqda ittiham olunaraq, 26 il müddətinə azadlıqdan məhrum edilmişdi.
O, daha sonra 2011-ci ildə Gəlad Şalitin azad edilməsi müqabilində sərbəst buraxılsa da, 2012-ci ilin yanvarında bir daha həbs edildi. Bu dəfə İsrail rejimi onu İordan çayının qərb sahilinə səfər etmək və “terror nüvəsi” təşkil etməkdə ittiham edirdi.
İsavi sionist rejimin Qəzzə Zolağına və ya istənilən Avropa ölkəsinə getməsi müqabilində azadlığa buraxılması barədəki İsrail rejiminin şərtlərini rədd etmişdi.
Hal hazırda İsrail zindanlarında 5 mindən çox fələstinli əsir mövcuddur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu