İran MAQATE müfəttişlərini ” Ərak ” obyektinin nüvə reaktoruna baxış keçirməyə dəvət edib.
MAQATE-nin baş direktoru Yukio Amano cümə axşamı günü ( 28 noyabr) bir müsahibədə bəyan edib : İran MAQATE müfəttişlərini dekabrın 8-də Ərak obyektinin ağır su reaktoruna baxış keçirməyə dəvət edib.
Röyters bu xəbəri qeyd edərək xatırladıb : Cenevrə razılaşmasına əsasən , bu baxış keçirmə ilk addım sayılır.
Qeyd edək ki , İranla 6-lıq qrupunun Cenevrədə imzaladığı razılaşmanın icra çərçivəsində çərşənbə günü Amano və İranın nümayənd heyəti Vyanada görüşüblər.