Sionist rejimin ən yaxın “dostu”- İranın sabiq şahına qarşı xəyanətləri

Sionistlər öz xəbislikləri və xəyanətlərini gizlətməkdə xas məharətə malik olsalar da İsrail rejiminin İslam İnqilbından qabaq İranda törətdiyi cinayət və xəyanətləri barədə sənəd və faktlar mövcuddur.

MOSSAD-ın İrandakı keçmiş məmuru- Yaqub Nimrudi bu barədə belə etiraf edib: “Əgər bir gün sənə bizim Tehranda elədiyimiz işlərdən agah olmaq icazəsi versələr, eşidəcəklərindən dəhşətə gələrsən. Hətta onu təsəvvür belə edə bilməzsən.”
MOSSAD-ın sabiq məmurunun 1985-ci il 11 noyabr tarixində “Davar” qəzetində dərc olunmuş bu etirafı Androlseli Kakburnun yazdığı “Təhlükəli əlaqələr” adlı kitabına istinadla nəql olunub.
Şah rejimini bu rejimin başçılarına rüşvətin verilməsi ilə İsrail rejimini tanımağa təşviq etmək:
MOSSAD-ın bu sahədəki bölmələrindən birinin rəisi- Muşe Çervinski “İranda rüşvət verməklə hər şeyi təqribən əldə etmək olar” iddiası ilə açıq şəkildə İran tərəfindən İsrail rejiminin tanınması üçün şah rejimi başçılarına rüşvətin verilməsini etiraf edib.
İngilis yazar və jurnalist- Uilyam Şokras “Şahın sonuncu səfəri” kitabında İsrail rejiminin rüşvət yolu ilə İran tərəfindən tanınmasını belə şərh edir: “İsrailin arxiv sənədlərindən məlum olur ki, İsrail öz tanınmasını İranın o zamankı baş naziri- Məhəmməd Saidə nəzərəçarpacaq dərəcədə rüşvət verməklə əldə edib.”
MOSSAD amilləri sənəd və işlərdə “Adam” təxəllüsü ilə qeyd olunan bir amerikalı vasitəsi ilə İranın baş naziri- Saidə 400 min dollar verirlər ki, şahı İsrail rejiminin tanınmasının İranın milli maraqlarına xidmət olması ilə qane etsin.
İranın sionistlərə doğru sövq etdirilməsi
Amerikalılar və ingilislər İsrail rejimini siyasi təcriddən çıxarmaq üçün bu rejimin dünya ölkələri ilə həmkarlığına zəmin yaratmağa çalışırdılar.

Məhəmməd Rza şah Pəhləvinin baş köməkçilərindən və SAVAK-ın rəis əvəzedicisi olmuş ordu generalı Hüseyn Fərdust “Pəhləvinin meydana gəlməsi və süqut etməsi” kitabında, öz xatirələrində SAVAK-ın İsrail rejiminə üz tutması barədə belə izahat verir:
Məlum idi ki, amerikanlar və ingilislər qəsdən öz imkanlarını SAVAK-dan əsirgəyir və ya laqeydlik göstərirlər ki, SAVAK İsrailə sövq etsin. Belə də oldu və Amerika ilə İngiltərənin bu əməllərinin İsrail üçün yaxşı səmərələri oldu.
Açıq əlaqələrdən qorxu
Şah xalqa və ərəb ölkələrinə görə, İsrail rejimi ilə açıq əlaqələrdən ehtiyat edirdi, buna görə, hətta Beginin şah ilə nümayişkaranə görüşündə SAVAK nəzərlərdən uzaq olmaq üçün görüş keçirənləri SAVAK-ın klubunda qəbul edirdi.
Devid Ben Quryon 1961-ci ildə İrana gəlmiş ilk sionist baş nazir idi. O, Birmaya səfərdə təyyarənin texniki qüsuru bəhanəsi ilə Tehranda icbari eniş həyata keçirdi və hava limanındakı dövlət pavilyonunda doktor Əmini və general-leytenant Pakrəvan ilə görüşdü və elə oradaca müzakirə etdilər. Ben Quryon gözləyirdi ki, İran dövləti onu rəsmi şəkildə qarşılalayacaq, lakin Əmini ona deyir:
İranın İsrail ilə əlaqələrini aşkara vurmaq olmaz və bu, öz aramızda qalmalıdır… Aramızdakı əlaqələr bir-biri ilə rəsmən kəbin kəsməmiş kəslərin məhəbbət göstərmələri kimidir. Bizim məsləhətimiz bundadır.

Məxfi yəhudilər

Şah barədə fəaliyyət göstərən yəhudilər hədəflərini həyata keçirmək üçün özlərinin yəhudi olmalarını gizlədirdilər ki, bu yolla hədəflərini daha yaxşı formada həyata keçirmiş olsunlar.
İsrail rejiminin İrandakı səfiri- Meir Ozri öz xatirələrində şah sarayındakı məxfi yəhudilərə, o sıradan o zamankı xarici işlər naziri- Əli Əsğər Hekmətə işarə edir. O, onunla tanışılığı tərzi haqda yazır: Hacı Əli Kiya mənə dedi ki, o, sizin özünüzdəndir və mən bir müddət sonra bildim ki, Hekmətin ailəsi ravvin və yəhud məşhurlarından olub.
Həmçinin digər yəhudi mənbələrdə dərc olunanlara əsasən, İran yəhudilərinin bir çoxu bəhayilik çətiri altında yüksək maliyyə və dövlət mənsəb və mövqelərinə yiyələnməyə müvəffəq olub ki, onların ən məşhuru kimi baş nazir- Əmir Abbas Hoveydaya, televiziyanın rəisi- Sabit Pasal Həmədaniyə və ordunun general-leytenantı- Ədülkərim Əyyadiyə və Məhəmməd Rza şahın xüsusi həkiminə işarə etmək olar.
İsrail məhsullarının satıcısı
“Şahənşah İranı” İsrail rejimi məhsullarının istehlak bazarı olmaqdan əlavə, sionistlərin hiylələri ilə sionist məhsulların ərəb ölkələrinə satışı amili olmuşdu. Belə ki, Qəzzə-Misir çapı olan “Fələstin xəbərləri” qəzeti 1965-ci il martın 22-də bu şahənşahlıq-sionist hiyləsini ifşa edir: İsrail öz mallarını açıq şəkildə İsrail markası ilə Fars Körfəzi bazarlarında sata bilməyəcəyini biləndə başqa bir hiylə işlədibdir və İran və Türkiyə vasitəsi ilə öz mallarını bu məntəqələrə göndərir. Bu mənada ki, Fars Körfəzində satılan İran malları əslində İsraildən satın alınıbdır.
Şahənşahlıq süfrəsi
İsrail rejimi meyvəsi İran bazarından əlavə, sarayda da özünə yer açmışdı. İşğal olunmuş Fələstində çıxan “Məario” qəzeti 21 yanvar 1976-cı il tarixində İrana aid olan xəbəri “İran şahənşahının süfrəsinin başında İsrail meyvəsi və pendiri” adı ilə yaydı:
Dünən “Ərzaq həftəsi”nin təşkilatçıları tərəfindən məlumat əldə olundu ki, İran şahı sarayının idarə heyətinin məmuru Təl-Əvivdə keçirilən “Ərzaq həftəsi” sərgisindən baxış keçirib. A. Şumer adlı bir yəhudi olan İran nümayəndəsi yeni kənd təsərrüfatı məhsullarına xüsusi maraq göstərdi və İran şahənşahının süfrəsi üçün müxtəlif pendir növlərini satın almaq üçün “Ştraus” ağartı məhsulları şirkəri, avkado, armud və alma satın almaq üçün isə “Aqrasko” şirkəti ilə müzakirə aparıb.

MOSSAD-ın SAVAK-a təlimləri

SAVAK məmurları İsrail rejiminin casusluq təşkilatı- MOSSAD-ın müəllimlərindən biri tərəfindən “istintaq” təlimi keçirdilər. Bu təlim kursunun keçirilməsinin nəticəsi bir qrup mütəxəssis müstəntiqin yetişdirilməsi olub. Kristian Delanva “SAVAK” kitabında yazır: MOSSAD SAVAK-a öyrətdi ki, istintaqı necə aparsın və müasir psixoloji metodların işlədilməsi ilə müttəhimlərin müqavimətini necə sındırsın. Necə ki, Teymur Bəxtiyar bir müsahibədə elan etdi: İşgəncələr üçün bizim bir kəsə ehtiyacımız yox idi. Bu sahədə biz uzun təcrübəyə malik idik. Amma təcrid etmək, zindana salmaq, saatlarla intizarda qoymaq, elə həmin sualları dəfələrlə təkrar etmək və xüsusən gözlərin bağlanması MOSSAD-dan öyrəndiyimiz fəndlər idi.
Əhalinin sentyabrın 8-də qətli-am edilməsi
İran kimi yemi heç bir vəchlə itirmək istəməyən sionistlər şahı qorumaq üçün İrana komandoslar göndərdilər ki, İran əsgərlərinin görmək istəmədikləri işləri yerinə yetirsinlər.
Sionist qəzetlər Tehranda əhalinin sentyabrın 8-də qırğın olunmasını ifşa edir: İsrail diktatora qarşı çıxmış iri saylı aksiyaçılarla mübarizə istiqamətində xüsusi silahları çatdırmaq üçün Hayfa yaxınlığındakı “Raman David” hərbi hava limanı və “Lud” aeroportundan hava körpüsü yaradıb.
Həmçinin bir komandos qrupu və şəhər əməliyyatı və sabotaj amili “El Al” şirkətinin təyyarələri ilə işğal olunmuş Fələstindən Tehrana göndəriliblər.
Bu qrup İsrail rejimi ordusunun kəşfiyyat idarəsinin tabeliyində idi və bir qrup sionistə şamil olurdu və bölmənin bütün üzvləri İran ordusunun hərbi uniformasını geymişdi.
İran başçıları bu sionist hərbi bölməni Bəluçestandan göndərilmiş əsgərlər kimi təqdim edir və həmin günlər İsrail rejiminin idarə etdiyi Abadan və Bəndər-Abbasın yaxınlığındakı kiçik hərbi bazanı İsrail rejiminin şəhər qiyama qarşı əməliyyat təlimi məkanı etmişdilər.
Bu mətləblər 23 oktyabr 1978-ci il tarixli Haarets, 10 və 23 oktyabr 1978-ci il tarixli Davar qəzetləri, həmçinin 3 noyabr 1978-ci il tarixli Sikrahudşit hərbi jurnalında etiraf olubnubdur.

Beheşt zeytunu şəbəkəsi

MOSSAD İranda “Zeytun xidməti” adlı müstəqil bir kəşfiyyat təşkilatına malik idi ki, onun vəzifəsi İrandakı İsrail rejimi müxalifləri ilə mübarizə, onların hərəkətlərinin kəşf olunması və İsrail rejiminə bədbin olan və ya onunla müxalifət edən məsul şəxslərin kənarlaşdırılmaları idi. Zeytun təşkilatı SAVAK kadrlarını yetişdirməkdən əlavə, yəhudi gənclər arasından təhlükəsizlik qruplaırnın təşkili və şəxsi müdafiə təliminə də diqqət yetirir və onları təhlükəsizlik və müdafiə məsələləri ilə bağlı prinsipləri öyrənmək üçün beş nəfərlik qruplar formasında işğal olunmuş Fələstinə göndərirdi.
Keyhan qəzetinin 26 dekabr 2001-ci il tarixli sayında dərc olunmuş “Zeytun şəbəkəsinin izləri” adlı bir məqalədə Zeytun şəbəkəsinin xüsusiyyətlərinin bir hissəsi və SAVAK-ın “Zeytun xidməti” sahəsində əməliyyat aparmaq üçün məhdudiyyətə malik olması haqda belə deyilir:
SAVAK məmurları bu təşkilatın o zamankı rəisi- General Nəsiriyə olan hesabatlarının bir hissəsində “Zeytun xidməti”nin fəaliyyətlərindən nümunələrə işarə edirlər və bütün bu hesabatların başında “yalnız məlumat üçün” və “izlənilməyəcək” möhürləri vurulubdur. SAVAK-ın sənədlərinə əsasən, “Zeytun xidməti”nin tapşırıqlarından biri, əxlaqsızlıq mərkəzlərinin yaradılması, qızlar və hətta ərli qadınların aldadılmaları və onların əxlaqsızlığa bulandırılmaları olubdur. SAVAK-dan olan bir sənəddə general Nəsiriyə xitabən deyilir: “Otel Z” mərkəzindəki əxlaqsızlıq mərkəzi “Zeytun xidməti”nin əmri altında olan mərkəzlərdəndir və təkid olunur ki, verilmiş tapşırıq və əməliyyatların həyata keçirilməsi bu mərkəzin israillilərin əllərində olduğu üçün mümkünsüzdür.

İki min illik şənlikləri

Sionistlər İranda öz mədəni və təbliğat nüfuzlarını Kuroşun adı və yad edilməsində tapmışdılar. Onlar belə bir meyarı yayırdılar ki, İran şahı da Kuroş kimi zülm çəkmiş yəhud qövmünün xilaskarı və himayəçisi olmalıdır. Bu əsasda İsrail rejiminin turistlər birliyinin sədri- Tedi Kulk ilk dəfə olaraq, şahənşahlığın təsis olunmasının 2500 illiyi münasibəti ilə şənliyin keçirilməsi fikrini irəli sürür və bu festivalın musiqi notları da sionist bəstəkar- Ozra Kiya tərəfindən bəstələnir.
Onlar İran tarixini günəş tarixindən saxta şahənşahlıq tarixinə dəyişdirməklə İrana böyük xərclər qəbul etdirirlər. Milyonlarla dolları gül və spirtli içkilərə sərf edirlər və qonaqlara qaz ciyəri və balıq kürüsü təqdim olunur. Bunların hamısı elə bir halda həyata keçirilir ki, ölkənin bir çox şəhərlərində əhali aclıq içində idi.
Amma maraqlı cəhət budur ki, şah islami ölkələrin başçılarının iştirak etmələri və onlar tərəfindən sanksiya edilməmək üçün İsrail rejimini rəsmən tanımadığı bəhanəsi ilə sionistləri bu şənliyə dəvət etmir ki, bu da İsrail rejimi mətbuatının reaksiyası ilə üzləşir. Haarets qəzeti bu barədə yazır: Böyüklüyə olan bu təmayül gənclikdə şaha edilmiş təhqirlərin nəticəsidir.

İsrail rejimi İranın əntiqə əşyalarının ən böyük oğrusudur

Sionistlərin İranda olmalarının nəticələrindən biri, İranın milli irsinin tarac edilməsi olub və maraqlı burasıdır ki, bu məsələ qədim əşyalar pərəstişkarı olan Pəhləvi hökumətinin dövründə baş verirdi. Təl-Əvivdə çap edilən “Davar” həftəliyinin 6,12,1963 tarixli yazısı son dərəcə təəssüfləndiricidir: “İsrail İranın arxeoloji abidələrinin beynəlxalq alış-veriş mərkəzlərindən birinə çevrilib. Bu səbəbdən, xarici tacirlər bu qənaətdədirlər ki, İranın arxeloji abidələrini İsraildə münasib qiymətə satın almaq olar… Son iki ildə təqribən 2000 Əmləş saxsı qabı İsrailə daxil olub və bu miqdar, satışa qoyulmuş bütün Əmləş abidələrinin 80 faizini təşkil edir. Lakin olduqca təəssüfləndirici haldır ki, qeyd olunan abidələr ölkədən çıxarılır və biz yüksək incəsənət məcmuəsini toplamaq üçün bu böyük imkanı itiririk, halbuki Fransa, İngiltərə və Amerikanın iri muzeyləri onları İsraildən satın alırlar.”
Əntiqə əşyaların oğurlanması sahəsində son dərəcə fəal rol oynamış şəxslərdən başqa birisi, İsrail rejiminin İrandakı hərbi attaşesi- Yaqub Nimrudi idi. Mövcud sənədlərə əsasən, bu yüklərin iri bir hissəsi arxeloji abidələr və əntiqə əşyalar olubdur ki, Nimrudi və İsrail rejiminin casusluq xidməti tərəfindən “sirli yüklər” adı altında işğal olunmuş Fələstinə göndərilərmiş.

Siyasi futbol

İran-İsrail əlaqələrini aşkar etmək üzrə vasitələrdən biri, idman yarışları, xüsusən futbol yarışlarının keçirilməsi idi. Onlar xalqın futbola olan marağından İran-İsrail rejimi əlaqələrini adiləşdirmək üçün istifadə etmək istəyirdilər. Buna görə, iki dəfə İran-İsrail oyunu keçirildi, lakin bütün stadiona anti-İsrail atmosferi hakim kəsilmişdi. İsrail-Honq Konq ilkin yarışlarında İsrail rejiminin xeyrinə şüarlar verən şah rejimi başçılarından bəzisi tamaşaçılar tərəfindən tullanan butılkaların hədəfinə çevrildi.
İran ilə İsrail rejimi arasında keçirilən final yarışında tamaşaçılar sionist rejim əleyhinə şüarlar verir və üzərlərinə sınmış xaç rəsmi çəkilmiş hava balonlarını havaya buraxırdılar. Tamaşaçıların bir qrupu Muşe Dayanın müqəvvalarını yellədərək, ona tüpürür və tapdayırdı.
Əhalinin digər bir qrupu da İsrail rejiminin o zamankı müharibə naziri- Muşe Dayanı xatırlatmaq üçün bir gözü bağlanmış bir neçə uzunqulağı küçələrdə gəzdirirdi.

Əzrailə səfər

İsrail rejiminin Tehrandakı nümayəndəliyinin fəaliyyətlərindən biri, jurnalistlər, mədəniyyət işçiləri və ziyalıları işğal olunmuş Fələstinə dəvət etmək olub.
İsrail rejimi öz inkişafını nümayiş etdirməklə bu şəxsləri təsir altına alaraq, İsrail idealını yaymaq istiqamətində ümumi firkin yanında bu rejim barədə qənaətbəxş və münasib bir sima yaratmaq niyyətində idi. Buna görə, MOSSAD-ın proqramlaşdırmaları ilə İrandan işğal olunmuş Fələstinə müxtəlif heyətlər göndərilirdi. Bu istiqamətdə Xəlil Məleki, Cəlal Ali-Əhməd və Daryuş Anuri kimi qələm sahibi olan ziyalılara işarə etmək olar.
Cəlal Ali-Əhməd işğal olunmuş Fələstinə səfərdən sonra tam şəkildə bir anti-sionist olur. 1967-ci il iyunun 24-də “Yeni dünya” adlı mətbuat orqanında çap olunan məqələ-məktub Cəlalın İsrail rejiminə olan yeni baxışını ehtiva edirdi ki, “Əzrail vilayətinə səfər” kitabında deyilir:
Mən bu günlər özümün fars dilini bilməyimdən bezmişəm, bütün fars mətbuatında bir ağ-qara jurnalda bir məqalədən savayı bir şey görmədim ki, demək olsun ki, onu bir iranlı yazıbdır… və iranlı ziyalı gənc bundan narahat olmalıdır ki, nə üçün İran nefti tank və təyyarədə yanır və öz ərəb və müsəlman qardaşlarını öldürür.

Bəhayilik

Birləşmiş Millətlər Təşkilatının qəsbkar İsrail ölkəsinin təşkil olunmasını təsdiqləməsindən təkcə bir neçə gün sonra İsrail rejimi bəhayiliyi rəsmi bir din kimi rəsmən tanıyır və Hayfa şəhərində Abbas Əfəndinin qəbrinin kənarında özünün Beytulədl bəhayilərini toplayır. Bunun müqabilində də bəhayilər İsrail rejiminə kömək üçün pul toplayırdılar, belə ki, 1977-ci ildə İran bəhayiləri tərəfindən təqribən 120 milyon tümən yığılır və Həbib bin Sabit tərəfindən İsrail rejimi ordusuna verilir. Maliyyə yardımlarından əlavə, bəhayilərin xidmətlərindən başqa birisi, casusluq idi. Belə ki, bəhayilik komissiyalarından birinin sözçüsü deyir: Biz bəhayilərin irəliləyiş və tərəqqisi budur ki, İranın hər bir idarəsi və bütün nazirliklərində casusumuz var.
Bəhayilərin bu xidmətləri sionistlərin həddən artıq onlara etimad etmələrinə səbəb olmuşdu. Bəhayilərdən olan Firidun Rameş belə nəql edir: İsrail bəhayilərə o qədər nikbindir ki, öz hava limanında bəhayiləri axtarmır, lakin digər müsafirlər və hətta yəhudiləri təftiş edirlər. Belə ki, bir yəhudi etiraz etmişdi ki, “nə üçün bəhayiləri təftiş etmirsiniz və bura vətənimiz ola-ola bizi axtarırsınız?!”

Yekun

1978-ci ilin dekabrı və 1979-cu ilin yanvarında şah ümumiyyətlə böhranın aradan qaldırılmasında aciz qalmışdı. Ordu generalları Rəbii və Tufaniyan general Seqofa təklif etdilər ki, ya Muşe Dayan, yaxud da Ozr Vayzman Tehrana gəlsinlər ki, şahın ruhiyyəsi yüksəlsin və onu qərar çıxarmağa vadar etsinlər. İsrail rejimi dövləti onların yerinə, şahın ətrafındakıları arasında bir çox dost və tanışa malik olan özünün sabiq səfiri- Yuri Lobranini Tehrana göndərdi. O, 1979-cu ilin 15 yanvarında Tehrana daxil oldu və dərhal Tufaniyan və ordu başçıları ilə müzakirəyə başladı. Amma işğal olunmuş Fələstinə geri dönərkən verdiyi hesabatda əsla nikbin deyildi. O, bu qənaətdə idi ki, şah rejiminin işi bitibdir və inqilabçılar İsrail ilə yaxşı əlaqəyə malik olmayacaqlar. İsrail daha İrandan neft almaq intizarında olmamalıdır.
“İranın Pəhləvi dövründəki xarici siyasəti”, Əbdorreza Huşəng Məhdəvi, 457-458-ci səhifə.
1979-cu il fevralın 11-də xain şahın qovulması və inqilabın qələbəsindən təkcə bir saat sonra xalq bir neçə gün bundan qabaq sionistlərin tərk etdikləri İsrail rejiminin səfirliyinə hücum çəkir və Fələstin bayrağını onun üzərinə sancır və onu Fələstin xalqına hədiyyə edir və “İsrailə ölüm, İsrail, rədd ol!” şüarını verir.
Görəsən, sionist rejim buna bənzər oyunları Azərbaycan Respublikası barədə nəzərdə tutmayıbmı? Nəticə nə olacaq?

↑
Mobil sürümden çık